Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:54

Qazaxıstan valyutası çökür


Almatıda valyutadəyişmə məntəqəsi – 20 avqust 2015
Almatıda valyutadəyişmə məntəqəsi – 20 avqust 2015

-

Qazaxıstan Mərkəzi Bankı milli valyutanı- tengeni üzən məzənnəyə keçirdiyini elan edib. Avqustun 20-də səhər tenge dəyərinin 20 faizindən çoxunu itirib. İndi bir ABŞ dolları 257.7 tengeyə bərabərdir. Bir gün öncə tenge 4.7 faiz zəiflədilib. Tenge 1994-cü ildən bəri ən aşağı həddə düşüb.

«Financial Times» yazır ki, neftdən asılı bu Orta Asiya ölkəsi Rusiya və Çinlə sıx ticarət edir. Ölkə rublun və neftin qiymətinin düşməsinin zərbəsini yeməkdədir.

«Qazaxıstandan öncə Vyetnam donqun məzənnəsini avqustun 11-dən bəri iki dəfə salıb. Ancaq tengenin üzən valyutaya keçirilməsi daha böyük addımdır və Çinin başlatdığı valyuta müharibəsi sarıdan narahatlıq yarada bilər», - qəzet yazır.

«Financial Times» digər yazısında Qazaxıstanın rusiyalılarla ayaqlaşmağa çalışdığını qeyd edir.

«Qazaxıstanın halında bu, Kuznetsov-la və ya rusiyalılarla ayaqlaşmaq cəhdidir, eləcə də yuanın daha da zəifləyəcəyi sarıdan narahatlıq var», - yazan müəllif bunu həm də Qazaxıstan üçün müsbət və hiyləgər addım sayır. Belə ki, qazaxların 100 milyard dollarlıq xarici valyuta ehtiyatı var.

Məsələ bundadır ki, son aylar tenge ətrafındakı valyutalar xeyli ucuzlaşırdı və gələn aylarda da ucuzlaşmaqda davam edə bilər. Müəllif tengenin ucuzlaşmasının Azərbaycan manatı da daxil olmaqla, regionun bir sıra ölkələrinin valyutasına diqqəti artıracağını, onları yenidən satış təzyiqi altına çəkəcəyini düşünür.

ABŞ hərbçiləri Praqada - 2015
ABŞ hərbçiləri Praqada - 2015

NATO RUSİYA İLƏ MÜNAQİŞƏYƏ HAZIR DEYİL

Rusiya NATO ilə, NATO isə Rusiya ilə mümkün konfrontasiyaya hazırlaşır. Bu provokasion iddiayla Britaniyanın beyin mərkəzi olan Avropa Liderlik Şəbəkəsi çıxış edib. Beyin mərkəzi NATO və Rusiyanın son təlimlərinin gərginliyi artırdığını, Avropada təhlükəsizliyə hədə olduğunu bildirib.

«The Moscow Times»da Judy Dempsey yazır ki, Rusiya ötən ilin martında Krımı anneksiya edəndə, Avropanın təhlükəsizlik arxitekturası tamamilə zərbə altında qaldı. O vaxtdan rusiyapərəsət separatçılar Ukraynanın şərqində böyük ərazilərdə sabitsizlik yaradıblar.

Müəllif yazır ki, Rusiyanın beynəlxalq sərhədləri pozması Avropada təhlükəsizlik ab-havası yaradıb və NATO da bu səbəbdən son aylar regionda təlimlər keçirir. Baltik ölkələri özlərinə birbaşa hədə hiss etsələr də, NATO şərq üzvlərinin ərazisində qüvvə yerləşdirmək fikrində deyil, NATO üzvlərinin əksəriyyəti də müdafiəyə daha çox xərcləmək niyyətindən uzaqdır. Rusiya isə NATO-nu qıcıqlandırmaqdadır. Dəfələrlə NATO üzvlərinin hava məkanına girib.

«Bir il öncə Estoniya təhlükəsizlik zabiti Eston Kohver-in oğurlanması isə Rusiyanın NATO-nun kiçik üzvlərini ayaqlamağa hazır olduğunu göstərir», - yazan müəllif Polşa və Baltik ölkələrinin Rusiyaya böyük təhlükə kimi baxdığını qeyd edir.

Eston Kohver
Eston Kohver

«Ukrayna Rusiya və Avropa Birliyi arasında dəyərlər yarışmasına çevrildi. Hərbi təlimlərinə, müdafiəni gücləndirmək qərarına baxmayaraq, NATO belə bir yarışmaya tamamilə hazırlıqsızdır», - müəllif yazır və bunu 28 üzvünün fərqli mövqeyi ilə izah edir.

PUTIN BALTİK ÖLKƏLƏRİNİ SIXIŞDIRIR

«The Wall Street Journal» da Rusiyanın eston zabiti Eston Kohver-ə 15 il cəza kəsməsindən yazır. «Estoniya təhlükəsizlik xidməti Rusiya agentlərini yaxşıca izləyir, mütəşəkkil cinayətkarlığın izinə düşür. Kreml Baltik ölkələrinə demək istəyir ki, istənilən vaxt cəzalandırıla bilərlər».

«NATO-nun oğurlanma hadisəsinə dişsiz reaksiyası bu mesajı daha da gücləndirir. Alyans güclü diplomatik reaksiya göstərə bilmədi. Məsələn, Moskvadan səfirləri geri çağıra bilərdi, yaxud vahid bəyanat ortaya qoya bilərdi. NATO Rusiyanın hücum səviyyəsinə çatmayan provokasiyalarına cavab vermək prinsiplərini hazırlamayıb. Cənab Putin isə bu boşluqdan illərdir yararlanıb və Estoniyanı favoriti seçib»

«Putin hiyləgər və sinik strateqdir, zəif nöqtələri tapıb faydalanır. NATO-nun Kohver-in oğurlanmasına cavab verməməsi Rusiya tərəfdən daha çox provokasiyaya yol aça bilər».

XS
SM
MD
LG