Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:42

Üçüncü ikimərtəbəli elektrik qatarı gətirilib


Qatarlar 4 vaqondan ibarətdir.
Qatarlar 4 vaqondan ibarətdir.

-

Sentyabrın 15-də Bakı-Sumqayıt istiqamətində elektrik qatarları hərəkətə başlamalıdır. Bu məqsədlə avqustun 20-də daha bir ikimərtəbəli elektrik qatarı Azərbaycanа gətirilib. Bu, ölkəyə gətirilən sayca üçüncü qatardır.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a belə deyilib.

«Stadler Rail Group» şirkətinin «Stadler Minsk» zavodunda istehsal olunmuş «KISS» markalı elektrik qatarının birincisi mayın 30-da, ikincisi isə mayın 31-də Bakı sərnişin stansiyasına gətirilib.

«Azərbaycan Dəmir Yolları» QSC ilə «Stadler Rail Group» şirkəti arasındakı razılaşmaya əsasən, daha iki ikimərtəbəli elektrik qatarı alınacaq.

Qatarlar 4 vaqondan ibarətdir. Ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396-dır, bunun da 84-ü biznes-sinfinə aiddir.

İkimərtəbəli elektrik qatarları dəmiryolun Bakı-Xırdalan-Sumqayıt sahəsində istifadə ediləcək.

XS
SM
MD
LG