Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Mart, şənbə, Bakı vaxtı 04:46

«Komsomol Cəlal» 65 yaşına çatdı


Ənvər Həsənov

-

Avqustun 18-də C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında Əməkdar artist, tanınmış aktyor Ənvər Həsənovun 65 illiyi münasibətilə tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tədbirdə kinostudiyanın direktoru Müşfiq Hətəmov çıxış edib vəƏnvər Həsənovun bu sənət ocağında 50 ildirçalışdığını vurğulayıb.

Çıxışçı aktyorun Azərbaycan kinosundakı xidmətlərindən söz açıb, kinodaözünəməxsus yeri, dəst-xətti olduğunu diqqətə çatdırıb.

Ənvər Həsənovun sənət həmkarı Elxan Qasımov onunmilli kino tarixində layiqli yer tutmuş obrazları - Muradı («Uşaqlığın son gecəsi»), Cəlalı («Yeddi oğul istərəm»), Şahbaz bəyi («Dərviş Parisi partladır») haqqında danışıb və bu obrazları bugünkü gənclər üçün bir örnək sayıb.

Ənvər Həsənov 1950-ci il avqustun 17-də Bakıda doğulub.

Əvvəlcə C.Cabbarlı adına «Azərbaycanfilm»kinostudiyasında Adil İskəndərovun açdığı kino aktyor kursunu bitirib.

Daha sonra M.A.Əliyev adına İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsində təhsil alıb.

Çoxsaylı filmlərdə çəkilib.

XS
SM
MD
LG