Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Slovakiya müsəlman miqrantları qəbul etməyəcək


Slovakia deyib ki, Avropa İttifaqının miqrantların məskunlaşması sxemini qəbul edərkən Suriyadan yalnız xristian qaçqınları qəbul etməyə razılıq verəcək.

Slovakia deyib ki, Avropa İttifaqının miqrantların məskunlaşması sxemini qəbul edərkən Suriyadan yalnız xristian qaçqınları qəbul etməyə razılıq verəcək.

Bu sxemə görə Slovakiya Türkiyə, İtaliya və Yunanıstandakı qaçqın düşərgələrindəki 40 min qaçqından 200-nü qəbul etməlidir.

Slovakiyada qaraçılar onlar üçün ayrılmış xüsusi şəhərcikdə yaşayırlar
Slovakiyada qaraçılar onlar üçün ayrılmış xüsusi şəhərcikdə yaşayırlar

Ölkə Daxili İşlər Nazirliyinin sözçüsü İvan Metik deyib ki, müsəlman qaçqınlar Slovakiyada özlərini “evdəki kimi” hiss edə bilməyəcəklər.

Lakin Metik bu hərəkətin ayrıseçkilikdən doğmadığını söyləyib və bildirib kİ, burada icmaların uyğunlaşması məqamı əsas götürülüb.

İyul ayında Avropa sərhədlərindəki miqrantların sayı rekord həddə - 107 min 500 nəfərə çatıb.

Ötən ay Avropa İttifaqının üzvü olan ölkələr qarşıdan gələn iki ildə Yunanıstan və İtaliyadakı 32 min qaçqını qəbul etməyə öhdəlik götürüblər.

“Bizdə məsçid yoxdur”

Slovakiya kimi bir neçə ölkə müəyyən şərtlər qoyduqdan sonra məskunlaşdırma proqramı könüllü elan edilib.

Metik deyib ki, “biz 800 müsəlmanı qəbul edə bilərdik, lakin ölkəmizdə məsçid yoxdur”.

Biz 800 müsəlmanı qəbul edə bilərdik, lakin ölkəmizdə məsçid yoxdur...

Onun fikrincə, elə buna görə də müsəlmanların özləri Slovakiyanı xoşlamayacaqlar.

Avropa İttifaqının sözçüsü Annika Breithard Slovakiyadan gələn konkret bəyanatı şərh etmək istəməyib, lakin deyib ki, miqrantların qəbulu prosesi diskriminasiyasız olaraq nəzərdə tutulub.

Bu il artıq 240 min miqrant Aralıq dənizindən keçərək Avropa sahillərinə gəlib.

Qaçqınların ən çox məskunlaşdırılacağı ölkə - Almaniya bildirib ki, 800 minədək sığınacaq ərizəsi qəbul edib.

XS
SM
MD
LG