Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:14

Türkiyə Gürcüstana “ən mükəmməl” hərbi-texniki vasitələr verib


Gürcüstanın Müdafiə Nazirliyi Türkiyədən yardım şəklində “hərbi maddi-texniki vasitələr” alıb.

Gürcüstanın Müdafiə Nazirliyi Türkiyədən yardım şəklində “hərbi maddi-texniki vasitələr” alıb.

Hədiyyənin təqdimatı mərasimi Orxevidəkiavtomobil batalyonun bazasında keçirilib.

Nazirlik bildirir ki, Gürcüstan Silahlı Qüvvələrinə və sərhəd qoşunları departamenti üçün maddi-texniki vasitələrin hədiyyə edilməsi iki tərəf arasında 2004 və 2007-ci illərdə imzalanmış müqavilələr əsasında həyata keçirilib.

Gürcüstan tərəfindən yardımın qəbulu üçün sənədləri silahlı qüvvələrin logistik təminatı üzrə komandanı Mamuka Tsvediani və sərhəd qoşunlarının vəzifəli zabiti Mixail Kavtaradze, Türkiyə tərəfindən isə bu ölkənin Gürcüstandakı hərbi attaşesi Bülent Kort imzalayıblar.

“Maddi-texniki” yardımın ümumi dəyəri 700 min dollarlıq 143 çeşiddə vasitədən ibarət olduğu bildirilir.

Gürcüstan silahlı qüvvələri baş qərargahının rəis müavini Omar Beqoidze tədbirdə çıxış edərək qonşu ölkəyə hərbi yardım üçün təşəkkürünü bildirib.

O deyib ki, Türkiyənin hədiyyəsi Gürcüsrtan ordusunun NATO standartlarına uyğun formalaşdırılması işində böyük imkanlar açır.

“Maddi-texniki” vasitələrin nədən ibarət olduğunu açıqlamayan general bildirib ki, söhbət müasir və və ən mükəmməl avadanlıqdan gedir.

XS
SM
MD
LG