Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 10:16

Prezident 15 milyon ayırdı


İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Heyvandarlığın yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldarlı cins heyvanların artırılması və bu sahəyə marağın artırılması üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə sahibkarlara 100 manat subsidiya müəyyən edilib.

Prezident heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında da sərəncam imzalayıb.

Bu sərəncamla ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalı və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışın təşkili üçün Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb.

Multimedia

XS
SM
MD
LG