Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Dünyanın şahmat nəhəngləri Bakıya gəlir


Şahmat
Şahmat

-

Sentyabrın 10-da Bakıda şahmat üzrə Dünya Kubokuna start veriləcək.

Yarışlar oktyabrın 5-nə qədər davam edəcək.

Turnirdə 128 şahmatçı mübarizə aparacaq. Dünya Kubokunun finalçıları şahmat üzrə dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq.
Azərbaycanı turnirdə 6 şahmatçı - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli təmsil edəcək.

Xəbəri Azərbaycan Şahmat Federasiyasının saytı yayıb.

«Dünya Kuboku-2015»in mükafat fondu 1 milyon 600 min ABŞ dollarıdır.

XS
SM
MD
LG