Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:56

-

Avqustun 18-də Astanada Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızıstan nazirlərinin görüşündə beynəlxalq türk xəbərlər telekanalının yaradılması barədə protokol imzalanıb.

24.kz saytı bildirir ki, türk telekanalının açılması ideyasını ilk dəfə Nursultan Nazarbaev türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının IV sammitində irəli sürüb.

Sentyabrda Əməkdaşlıq Şurası telekanalın harada yerləşəcəyinə dair məsələyə baxacaq.

«Mənzil-qərargahın Astanada yerləşməsi ilə bağlı təklif var. Çox güman ki, bütün türkdilli ölkələrdə milli nümayəndəliklər olacaq», - Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov bildirib.

«Bu, informasiya-analitika, ictimai-siyasi, həmçinin mədəni-sosial kanal olacaq», - o əlavə edib.

Əli Həsənov kanalın nə zaman işə başlayacağı barədə sualı cavablandırmağa çətinlik çəkib. Belə ki, maliyyə məsələsi hələ açıq qalır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG