Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 05:41

Azərbaycan güləşçiləri 5 medalla döndülər

Foto illüstrasiya
Foto illüstrasiya

-

Avqustun 19-da Braziliyanın Salvador şəhərində gənclər arasında dünya çempionatında uğurla çıxış edən sərbəst güləş üzrə Azərbaycan yığması Bakıya qayıdıb.

Azərbaycan güləşçiləri dünya çempionatını 4 qızıl və 1 bürünc medalla başa vurublar. Qızıl medalları Mahir Əmiraslanov (50 kq), Teymur Məmmədov (66 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) qazanıblar. Arif Hüseynov (50 kq) isə bürünc medala sahib olub.

Azərbaycan yığması komanda hesabında 58 xal toplayıb. Ümumi hesabda ikinci olub. İran 62 xalla birinci, Rusiya 49 xalla üçüncü yeri tutub.

This item is part of
XS
SM
MD
LG