Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 20:51

İD tərəfdarı olan azərbaycanlı saxlanıb


Foto arxiv

Türkiyənin Hatay əyalətində İslam Dövləti qrupuna qoşulmaq üçün Suriyaya keçmək istəyən 20 xarici saxlanılıb və ölkələrinə deportasiya ediliblər.

Anadolu agentliyinin məlumatına görə, onların arasında Azərbaycan, Böyük Britaniya, İraq, Çin, Küveyt, Fələstin, Rusiya, İtaliya, Livan və Bolqarıstan vətəndaşları da var.

Bundan əvvəl isə Ankarada daha bir Azərbaycan vətəndaşı saxlanıb.

49 yaşlı Bəkir Qalibovun üzərindən 17 zirehli jilet və tibbi ləvazimatlar aşkar edilib.

XS
SM
MD
LG