Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 05:07

Araşdırmaçı jurnalist Xədiucə İsmayılın məhkəməsi avqustun 19-dək təxirə salınıb.

Müdafiə tərəfi avqustun 18-də keçirilən prosesdə sübutlar siyahısından xaric edilmə və bir sıra ekspertlərin çağırılması da daxil olmaqla 10-yaxın vəsatət qaldırıb.

Amma hakim onlardan heç birini təmin etməyib.

Bunu Azadlıq Radiosuna vəkil Cavad Cavadov deyib.

Vəkil bunun tamamilə qanunsuz olduğunu, ədalətli məhkəmə araşdırması aparılmadığını bildirib.

O qeyd edib ki, hazırda sənədlərin araşdırılması gedir, böyük ehtimalla sabah çıxışlar başlanacaq və

yəqin ki, dövlət ittihamçısının çıxışı olacaq.

Vəkil qeyd edib ki, məhkəmə prosesi qısa müddətə yekunlaşdırmaq istəyir və hazırda həmin istiqamətdə proses gedir.

XS
SM
MD
LG