-
Avqustun 19-da Azərbaycanın bəzi yerlərində 41 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, axşam saatlarında buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək.
Gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.
Azərbaycanın əksər bölgələrində də hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.