Keçid linkləri

2026, 14 İyun, bazar, Bakı vaxtı 16:49

Səfirlik İranda balıqçıları axtarır

Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanın İrandakı səfirliyi keçən həftə Xəzər dənizində itkin düşmüş balıqçılarla bağlı bu ölkənin XİN-nə müraciət edib.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Report-a belə deyib.

«Məsələ səfirliyin nəzarətindədir», - H.Hacıyev bildirib.

Ötən həftə Neftçaladan balıq tutmaq üçün Xəzər dənizinə çıxmış 4 balıqçı itkin düşüb. Sonradan onların İranın müvafiq orqanları tərəfindən Xəzərdə tutularaq bu ölkəyə aparıldığı barədə xəbərlər yayılıb.

This item is part of
XS
SM
MD
LG