Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 11:19

Sərhədçilərə mənzil verildi


Foto illüstrasiya

-

Avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür.

Həmin gün münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Avqustun 17-də isə sərhədçilər üçün Xətai rayonunda salınan yaşayış şəhərciyinin açılışı olub. Şəhərcikdə 13- və 15-mərtəbəli binalarda bir, iki və üç otaqdan ibarət 612 mənzil inşa olunub. Hərbi qulluqçulara güzəştli ipoteka şərtləri ilə verilən mənzillər təmir olunub, elektrik enerjisi, su, qaz və fərdi istilik sistemləri ilə təmin edilib.

1919-cu il avqustun 18-də Xalq Cümhuriyyəti parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib.

Hərbi Nazirliyin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.

XS
SM
MD
LG