-
Massaçusets Texnologiya İnstitutu (MIT) Altsaymer, Parkinson kimi beyin xəstəliklərinin erkən ortaya çıxarılması üçün addımlar atıb.
İnstitut araşdırmalarının əsas aləti smartfon və planşetlərdə istifadə etdiyimiz rəqəmsal qələmlərdir. Alimlər sınaqçılardan sadə bir proqramda rəqəmsal qələmlərlə saat çəkmələrini istəyiblər.
YAZI TƏRZİ İLKİN DİAQNOZA İMKAN VERİR
Fotoda test nəticəsində ortaya çıxan 3 fərqli rəsm göstərilib.
Araşdırmada xəstələrin çəkməyə sərf etdikləri vaxt, rəqəmlər arasındakı məsafə, dairəni nə qədər doğru çəkdikləri və s. nəzərə alınıb. Ortaya çıxan nəticələrlə sınaqçıların irəliləyən vaxtlarda Altsaymer, Parkinson kimi xəstəliklərə tutulma riski müəyyənləşdirilib.
Yeni sistem «Rəqəmsal saat çəkmə testi» adlanır. Alimlər bu sistemi istifadəçilərə təqdim etmək üçün bir az tez olduğunu düşünürlər. Ancaq araşdırmalar tamamlansa, bu tip xəstəlikləri smartfonlarla erkən ortaya çıxarıb qarşısını almaq mümkün olacaq. Bunu isə tibb və texnologiya dünyası üçün çox vacib bir addım hesab etmək olar.