Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 07:56

Yakunin parlamentə görə vəzifədən gedir


Vladimir Yakunin

-

Rusiya Dəmiryolunun nüfuzlu rəhbəri Vladimir Yakunin şirkət rəhbərliyindən getdiyini elan edib. Prezident Vladimir Putin-in yaxın müttəfiqi sayılan Yakunin-in namizədliyi bu yaxınlarda Rusiya parlamentinin yuxarı palatasına üzvlük üçün verilib.

Yakunin avqustun 17-də deyib ki, sentyabrın 13-də Rusiyanın Kalininqrad vilayətində qubernator seçkisindən sonra şirkətdən gedəcək.

“Bəli, düzdür. Seçkidən sonra vəzifədən gedirəm,” Forbes jurnalının rus versiyası ona istinadən yazır.

Daha öncə Kalininqrad seçki komissiyası bildirib ki, regionun qubernator əvəzi Nikolai Tsukanov Yakunin və daha iki nəfərin namizədliyini vilayəti Rusiya Federasiya Şurasında təmsil etmək üçün irəli sürüb.

Bu postu tutmaq Yakunin-in dəmiryol monopoliyasından getməsi deməkdir.

XS
SM
MD
LG