Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 23:05

ABŞ vergiödəyicilərinə haker hücumu


-

Rusiyada haker əməliyyatı nəticəsində əvvəl düşünüldüyündən minlərlə artıq ABŞ vergi ödəyicisinin informasiyası oğurlanıb. Məlumatı ABŞ vergi təhqiqatçıları avqustun 17-də yayıb.

Həssas vergi informasiyası 220 min əlavə adama məxsusdur. İnformasiya Daxili Gəlir Xidmətinin vebsaytından götürülüb. Beləliklə əməliyyat qurbanlarının sayı 334 minə çatıb.

Mütəxəssislərin fikrincə, hakerlər əməliyyatı gəlir əldə etmək məqsədilə həyata keçiriblər. Pul məbləğlərini geri istəyən saxta anketlər hazırlayıblar.

Ümumilikdə nə qədər vəsaitin itirildyi açıqlanmasa da, 2013-cü ildə oğrulara 5.8 milyard dollarlıq vəsaitin ödənildiyi bildirilir.

XS
SM
MD
LG