Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 22:48

Türkiyədə koalisiya alınmadı


Ahmet Davutoglu

Avqustun 27-də Türkiyənin Baş naziri Ahmet Davudoglu və müxalifətdə olan Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahceli koalision hökumət yaradılmasını müzakirə ediblər.

Amma görüşdə heç bir nəticə əldə olunmayıb.

TRT televiziyası da daxil olmaqla yerli KİV-lərinin məlumatına görə, görüş təxminən 2 saat yarım çəkib.

Dövlet Bahceli bundan əvvəl bildirmişdi ki, əgər hakim Ədalət və İnkişaf partiyası onların şərtlərini qəbul etsə, koalisiyaya gedə bilərlər.

Milliyətçi Hərəkat Partiyası hesab edir ki, prezident Recep Tayyip Erdoğan ümumiyyətlə ölkənin siyasətinə qarışmamalıdır.

XS
SM
MD
LG