Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 17:48

Rusiya ABŞ şərablarını satışdan yığışdırır


Foto arxiv

Rusiyada bir sıra ABŞ şərabları satışdan yığışdırılıb.

Bu barədə “Rospotrebnadzor” məlumat yayıb.

İdarənin məlumatına görə, ABŞ istehsalı olan

“Geyser Peak Merlot” , “Crane Lake Moscato” və “Gnarly Head Chardonnay” şərablarının tərkibində qüsurlar aşkar edilib.

Söhbət bu şərabların tərkibində “Ftalat” maaddəsinin çoxluğundan gedir.

Rusiya 2000-ci ildə bu səbəbdən Moldova şərblarının da ölkədə satışını qadağan eləmişdi.

Moldova həmin vaxt “Rospotrbnadzor”un bu maaddə ilə bağlı normasının Avropa Birliyi ölkələrindəkindən xeyli aşağı olduğunu bildirmişdi.

XS
SM
MD
LG