Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 16:52

AzadlıqLive - Ramiz Mehdiyev:"rəngli inqilab təhlükədir"

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izlə

15:05 17.8.2015

Eks-nazir Əli İnsanov təcridxana rəisini məhkəməyə verib

16:11 17.8.2015

Ramiz Mehdiyevin yeni kitabı: "rəngli inqilab təhlükədir"

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı çapdan çıxıb.

Prezident Administrasiyasının rəhbəri belə bir qənaətə gəlir ki, “...rəngli inqilablar” istənilən regionda əmin-amanlıq üçün təhlükə yaradır və yalnız ABŞ-ın xoşu gəlməyən rejimləri onun nəzarət etdiyi hökumətlərlə əvəz etmək məqsədi güdür”.

“Şərq-Qərb” nəşriyyat evi tərəfindən çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.

12:41 18.8.2015

«ÖLKƏ VƏTƏNDAŞLARI KREDİT BATAQLIĞINDA»

«Azadlıq» qəzeti yazır ki, Azərbaycan vətəndaşı ən zəruri ehtiyaclarını kredit yolu ilə ödəyir, yəni avtomobil, mənzil, soyuducu, telefon almaq üçün kredit götürür. Ancaq «məsələ burasındadır ki, indi əvvəlki imkanlar da tükənir və kütləvi yoxsullaşma prosesi gedir."

2015-ci ilin I yarısında Azərbaycan bankları istehlak kreditinin həcmini ötən ilin eyni dövrü ilə müqayisədə 15.6 faiz artırıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-iyun aylarının yekunlarına həsr olunmuş hesabatında deyilir. Hesabata əsasən, istehlak kreditlərinin bankların kredit qoyuluşlarının ümumi həcmində payı 38.9 faiz və ya 7.88 milyard manat təşkil edib. Media icmalı

12:43 18.8.2015

Xədicə İsmayılın məhkəməsinə buraxmırlar

Araşdırmaçı jurnalist Xədicə ismayılın məhkəməsidir. AXCP sədrinin müavini Gözəl Bayramlı məhkəməni izləmək istəsə də, zala buraxılmayıb. O, AzadlıqRadiosuna deyib: «Bizə məhkəmə zalına daxil olmağa imkan vermirlər. Bu, sifarişdir, tanıyırlar, bilirlər. Tapşırıblar ki, ictimaiyyət nümayəndələrini məhkəməyə buraxmaq olmaz. İrəli sürdükləri ittihamlara görə narahatdırlar».

Prosesi müşahidə etməyə gələn Norveç səfirliyinin əməkdaşı da Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısında gözləyir. Live bloq

Davamı

XS
SM
MD
LG