Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:33

AzadlıqLive - Ramiz Mehdiyev:"rəngli inqilab təhlükədir"

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izlə

12:41 18.8.2015

«ÖLKƏ VƏTƏNDAŞLARI KREDİT BATAQLIĞINDA»

«Azadlıq» qəzeti yazır ki, Azərbaycan vətəndaşı ən zəruri ehtiyaclarını kredit yolu ilə ödəyir, yəni avtomobil, mənzil, soyuducu, telefon almaq üçün kredit götürür. Ancaq «məsələ burasındadır ki, indi əvvəlki imkanlar da tükənir və kütləvi yoxsullaşma prosesi gedir."

2015-ci ilin I yarısında Azərbaycan bankları istehlak kreditinin həcmini ötən ilin eyni dövrü ilə müqayisədə 15.6 faiz artırıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-iyun aylarının yekunlarına həsr olunmuş hesabatında deyilir. Hesabata əsasən, istehlak kreditlərinin bankların kredit qoyuluşlarının ümumi həcmində payı 38.9 faiz və ya 7.88 milyard manat təşkil edib. Media icmalı

16:11 17.8.2015

Ramiz Mehdiyevin yeni kitabı: "rəngli inqilab təhlükədir"

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” kitabı çapdan çıxıb.

Prezident Administrasiyasının rəhbəri belə bir qənaətə gəlir ki, “...rəngli inqilablar” istənilən regionda əmin-amanlıq üçün təhlükə yaradır və yalnız ABŞ-ın xoşu gəlməyən rejimləri onun nəzarət etdiyi hökumətlərlə əvəz etmək məqsədi güdür”.

“Şərq-Qərb” nəşriyyat evi tərəfindən çap olunan kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.

15:05 17.8.2015

Eks-nazir Əli İnsanov təcridxana rəisini məhkəməyə verib

14:20 17.8.2015

Bakı-Sumqayıt qatarında gediş haqqı 50 və ya 70 qəpik ola bilər.

Bunu Trend-ə açıqlamasında Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, Nəqliyyat Nazirliyinin Sərnişin Daşıma Departamenti təkliflərini Tarif Şurasına təqdim edib.

O deyib: “Qiymətlər sosial yönümlü olacaq. Bununla bağlı təkliflər artıq verilib. Qərar yaxın vaxtlarda verilməlidir. Çünki sentyabrın 15-ə kimi Bakı-Sumqayıt qatarı istifadəyə verilməlidir."

Davamı

XS
SM
MD
LG