Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:28

Prezident İlham Əliyevdən yeni sərəncamlar


İlham Əliyev
İlham Əliyev

-

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin bəzi hərbi qulluqçuları xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərlə əlaqədar və peşə bayramları münasibətilə təltif ediliblər.

Bundan başqaprezident Dövlət Sərhəd Xidmətinin iki əməkdaşına fəxri adların verilməsi bağlı da sərəncam imzalayıb.

Trend xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin «Sərhədçi» jurnalında və qəzetində çoxillik fəaliyyətinə görə polkovnik-leytenant Elşən Məmmədova «Əməkdar jurnalist» fəxri adı, Dövlət Sərhəd Xidmətində səhiyyənin inkişafında xidmətlərinə görə Arif Qasımova «Əməkdar həkim» fəxri adı verilib.

XS
SM
MD
LG