Avqustun 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava olacaq. Əsasən yağmursuz keçəcək.
Axşam buludluluğun artacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 23-26, gündüz 32-36 dərəcə isti oalcaq.
Azərbaycanın bölgələrində isə yağış yağacaq, şimşək çaxacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.