Rusiya Suriyaya 6 ədəd MİG-31 tipli hərbi təyyarə satıb. Bu haqda rəsmi Sputnik agentliyi xəbər yayıb.
Qırıcı təyyarələr Suriyanın paytaxtı Dəməşqdəki Mezze hərbi aeroportuna enib. Dünyanın ən sürətli hərbi təyyarəsi olan MİG-31-lər 200 kilometrlik hava ərazisini nəzarətdə saxlaya bilir. Əsas vəzifəsi isə kəşfiyyat və hücumların qarşısını almaqdır.
Rusiya hələ 2008-ci ildə Suriyaya 8 ədəd MİG-31 satmağı qəbul etmişdi. Ancaq həmin dövrdə İsrailin təzyiqləri nəticəsində bunu etməmişdi.
Rusiyadan Suriyaya 6 ədəd MİG-31
