Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:12

«Şərlənib-tutulacağam» dedi, həbs olundu...


Rahim Nəsirov
Rahim Nəsirov

-

«3 gün əvvəl evinə yaxınlaşanda tökülüşüb əl-qolunu burdular, döyə-döyə, sürütləyib maşına salaraq, şöbəyə apardılar».

Şəki sakini Rahim Nəsirov həbs olunub. Onun bacısı Sədaqət Əhmədova «Qaynar xətt»ə zəng vuraraq qardaşının polislər tərəfindən zor tətbiq olunaraq şöbəyə aparıldığını bildirib:

«Vəkili deyir, Rahimin üstünə düşüblər ki, niyə AzadlıqRadiosuna müsahibə vermisən? Onu şərləmişdilər. Üzünə qadın qoymuşdular. O da başına gələnləri sizə danışmışdı. Həyatı təhlükədəydi. Bilirdi ki, rayona gəlsə tutacaqlar, ona görə də qaçıb Bakıya getmişdi».

Avqustun əvvəlində AzadlıqRadiosunun «Qaynar xətt»inə üz tutan Rahim Nəsirov rayon hüquq-mühafizə qurumlarının özbaşınalığından söz açmışdı. O,sahibkarların üzləşdiyi qanunsuzluqlardan ölkə başçısına, baş prokurora və güc nazirlərinə şikayət etdiyinə görə təqib olunduğunu da bildirmişdi. Rahim Nəsirov daha əvvəl qardaşının şərlənərək 15 sutka həbsə məhkum edildiyini, indi isə bir neçə dəfə onun taksi xidmətindən yararlanan bir qadının saxta ərizəsi əsasında tutulmaq təhlükəsiylə üzləşdiyini söyləmişdi.

Şəki polisi Rahim Nəsirovun Şəmkir sakini Arzu İsmayılovanın ərizəsi əsasında həbs olunduğunu bildirib. O, Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə təqsirləndirilir.

Şəki məhkəməsi Rahim Nəsirov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçildiyini açıqlayıb.

XS
SM
MD
LG