Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:35

Müslüm məzarı başında anılacaq


Müslim Maqomayev
Müslim Maqomayev

-

Avqustun 17-də saat 17.30-da Fəxri Xiyabanda ünlü müğənni və bəstəkar Müslüm Maqamayevin anım mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, mərasimdə sənətkarın yaxınları, sənət dostları, rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ildə Bakıda doğulub.

Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub.

1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb.

Milanın "La Skala" opera teatrında təcrübə keçib.

Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib.

Müğənni doğma şəhəri Bakıda Fəxri Xiyabanda dəfn edilib.

XS
SM
MD
LG