.
Çinin Dongguan şəhərində, tikintisi gedən zaman, metro stansiyası çöküb. Bu barədə “The South China Morning Post” qəzeti xəbər verir. Avqustun 13-ü səhər saatlarında baş verən hadisəni şahidlər çəkib və internetdə paylaşıblar.
Qəzetin məlumatına görə konstruksiya avqustun 12-də dağılmağa başlamışdı. Təkrar uçqun təmir zamanı baş verib və dağıntının sahəsi 80 kvadrat metrdən 300 kvadrat metrədək böyüyüb. Ecns.cn saytının verdiyi xəbərə görə hadisə zamanı 1 nəfər ölüb, xəsarət alanların sayı açıqlanmır.
Hadisə zamanı çəkilmiş video: