Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:32

Naxçıvanda diri ev quşlarının satışına qoyulmuş qadağa götürülüb


«Quş qripi» xəstəliyi təhlükəsi ilə əlaqədar bir neçə ay bundan əvvəl Naxçıvan Muxtar Respublikasında (NMR) diri ev quşlarının satışına qoyulmuş qadağa götürülüb. MR-ın Kənd Təsərrüfatı Nazirliyinin yanında fəaliyyət göstərən Dövlət Baytarlıq Xidməti İdarəsindən bildirirlər ki, buna səbəb ev quşlarının vaxtında peyvənd edilməsidir. İdarənin rəisi Əbil Əbilovun sözlərinə görə, bu ilin əvvələrindən başlayaraq evlərdə saxlanılan quşlar peyvənd edildiyindən və saxlanıldıqları yerlər mütəmadi dizinfeksiyalandığından quşlarda hər hansı təhlükəli xəstəliklərin olması ehtimalı çox azdır. Buna baxmayaraq, satılan quşlardan vaxtaşırı nümunələr götürülərək analizlər də aparılır. İdarə rəisi deyir ki, əgər diri quşlarda hansısa təhlükəli xəstəlik aşkarlanarsa, satışa dərhal qadağa qoyulacaq.


MR Dövlət Baytarlıq İdarəsindən onu da bildirirlər ki, «quş qripi» xəstəliyini tez və dəqiq analiz etmək üçün yaxın günlərdə Naxçıvana Yaponiyanın maliyyə dəstəyi ilə avdanlıqlar da gətiriləcək.


XS
SM
MD
LG