Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:27

«Samsung» plastik kartları əvəz edəcək


«Samsung Pay»

-

«Samsung» şirkəti «Samsung Pay» mobil ödəmə xidmətini təqdim edib.

Şirkət bu xidməti yeni smartfonları – «Galaxy S6 Plus» və «Galaxy Note 5»dən başlayaraq aktivləşdirəcək.

«Biz bu smartfonlarla mobil ödəmədə yeni eranın başlanğıcını qoyuruq. Bu xidmət istənilən yerdə asan, təhlükəsiz ödəməyə imkan verəcək» – şirkətin prezidenti deyib.

Şirkətin planlarına əsasən, yeni ödəmə sistemi avqustun 20-dən Cənubi Koreyada, sentyabrın 28-dən ABŞ-da işləməyə başlayacaq. Yaxın gələcəkdə «Samsung Pay» xidmətinin Çin, İspaniya, Böyük Britaniya və başqa ölkələrdə işə salınması planlaşdırılır.

Ödəmə xidmətinin təhlükəsizliyi «Samsung Knox» sisteminin hesabına təmin olunacaq.

Hazırda «MasterCard», «Visa» və «American Express» ödəmə sistemləri yeni xidmət çərçivəsində «Samsung»un tərəfdaşlarıdır. Şirkət həmçinin «Bank of America», «Citi», «JPMorgan Chase» və «U.S. Bank» ilə əməkdaşlıq edir.

XS
SM
MD
LG