Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:42

Rusiya Reddit sosial şəbəkəsini qadağan etdi


Rusiya populyar sosial şəbəkə Reddit-i “qanunsuz maddələrin reklamı”na görə qadağan edib.

Rusiyadan alınan xəbərlərə görə Reddit sosial şəbəkəsi onun 9 minədək fəal forumlarından birində halüsinogenik və ya bihuşedici göbələklərin ev şəraitində yetişdirilməsinin müzakirə edilməsinə görə bağlanıb.

Rusiyanın mediaya nəzarət qurumu - Roskomnadzor bildirir ki, Reddit-lə əlaqəyə girməyə çalışsa da sorğusuna cavab almayıb.

Bundan bir həftə əvvəl Rusiyanın media gözətçisi Reddit-i burada çətənin yetişdirilməsinə dair müzakirə açdığına görə bağlayacağı ilə hədələmişdi.

Reddit şəbəkəsinin emblemi
Reddit şəbəkəsinin emblemi

Roskomnadzor bildirib ki, Reddit Rusiyada qadağan edilmiş sosial şəbəkələr siyahısına ölkənin Narkotik Maddələrin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin tövsiyəsi ilə əlavə edilib.

Maraqlıdır ki, xidmət həmçinin Vkontakte şəbəkəsindəki səhifəsinin də bağlanması xahişi ilə müraciət edib.

Facebook, Google və Twitter-ə də xəbərdarlıq edilib

Xəbər verilir ki, Reddit Rusiyada bu yaxınlarda qadağan olunmuş bir çox təşkilatlardan yalnız biridir.

Bundan əvvəl Google, Facebook və Twitter Rusiyanın qanunlarına ehtiram göstərilməsi üçün Roskomnadzor-dan xəbərdarlıqlar alıb.

Ötən il Rusiya bloggerlər üzərinə məhdidudiyyətlər qoyan yeni qanun qəbul edib.

Bu qanuna görə auditoriyası 3 mini aşan bloggerlər hakimiyyət orqanlarının qeydiyyatına düşməlidirlər.

XS
SM
MD
LG