Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:46

Vergiyığanlara "qulaqburması"


Vergilər naziri Fazil Məmmədov
Vergilər naziri Fazil Məmmədov

Vergilər Nazirliyinin 27 əməkdaşı işində nöqsana yol verib. Onlardan 13-nə töhmət, 8-nə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 1 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 1 əməkdaş 6 ay müddətinə aşağı vəzifəyə keçirilib, 2 əməkdaş tutduğu vəzifədən kənarlaşdırılıb, 2 nəfərə yazılı xəbərdarlıq olunub.

Bu haqda Nazirliyin “vergi orqanlarında neqativ hallarla mübarizə gücləndirilir” adlı məlumatında deyilir. Bildirilir ki, 2015-ci ilin 2-ci rübündə Daxili təhlükəsizlik baş idarəsinə daxil olan müraciətlər və təqdimatlar araşdırılıb, vergi orqanlarında daxili nəzarət aparılıb.

Yoxlamalar prezident İlham Əliyevin 2015-ci ilin birinci yarısı ilə bağlı Nazirlər Kabinetinin iclasında verdiyi tapşırıqlarla əlaqədar olub.

XS
SM
MD
LG