Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 01:17

143-cü teatr mövsümü Gəncədə açılacaq

Foto illüstrasiya
Foto illüstrasiya

-

Ölkədə 143-cü teatr mövsümünün açılışı sentyabrın 16-da Gəncədə olacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, həmin gün Azərbaycanda fəaliyyət göstərən bütün teatrların nümayəndələri Gəncədə keçiriləcək təntənəli açılış mərasiminə qatılacaq.

Gəncə Dövlət Dram Teatrı və Gəncə Dövlət Kukla Teatrının da yaxından iştirak edəcəyi mərasimdə dövlət və hökumət rəsmiləri, Azərbaycanın tanınmış sənət adamları iştirak edəcək.

Son illər yeni teatr mövsümünün açılışı Azərbaycanın bölgələrində həyata keçirilir.

2014-cü ilin teatr mövsümün açılışı Şəkidə, I Şəki Beynəlxalq Teatr Festivalında gerçəkləşdirilib.

This item is part of
XS
SM
MD
LG