Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 23:14

Abadi konstitusiyaya dəyişikliklərdən danışır


Haider al-Abadi

-

İraqın baş naziri Haider al-Abadi deyir ki, ölkə konstitusiyasında “səhvləri” düzəltmək istəyir. Baş nazir avqustun 12-də 3 yüksək rütbəli kabinet rəsmisini işdən çıxarıb. Sələfi Nuri al-Maliki də həmin rəsmilər içindədir.

Baş nazirin addımları vətəndaşların son etirazlarına cavab sayılır. Etirazçılar hökumətin korrupsiyadan təmizlənməsini tələb edirdilər.

Maliki də hədəfdədir. O, baş nazir olduğu iki müddətdə təriqətlərarası gərginliyi qızışdırmaqda, ordunu səriştəsiz tərəfdarları ilə doldurmaqda ittiham olunur.

Abadi-nin həyata keçirdiyi islahatlar nəticəsində biri Maliki olmaqla, 3 vitse-prezident postu ləğv olunub. Baş nazirin 3 müavini vəzifələri də ləğv edilib.

İslahatlar Abadi-nin səlahiyyətlərini genişləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG