-
Avqustun 13-də gecə Masallı rayonunun Yolağac kəndində ikimərtəbəli evdə yanğın olub.
Yanğın zamanı ev sahibinin oğlu 2015-ci il təvəllüdlü Əlişir Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.
Yanğın saat 03:50-də söndürülüb. Hadisə ilə bağlı təhqiqat aparılır.
Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.