Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 18:26

Bələdiyyə traktorla sahibkara hücum edir


Keçmiş konserv zavodu
Keçmiş konserv zavodu

“Gündə bir bəhanəylə sataşır bizə. Gah adamları tökür əraziyə, hasarları dağıdır, gah məhkəməyə verir.

Halbuki mən bu ərazini 2004-cü ildə sənədlə, sübutla almışam. Torpağa çıxarışım da var. Hər bir sənədim ola-ola deyir, “torpaq mənimdir””.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Masallının Qəriblər kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavid Qasımov deyir. İddia edir ki, kənd bələdiyyə sədrinin onun işgüzar fəaliyyətinə mane olmaq üçün əl atmadığı yol qalmayıb. Dava torpaq davasıdır:

"BÜTÜN SƏNƏDLƏRİM VAR"

Cavid Qasımov deyir ki, Qəriblər kəndində üzərində “Qəriblər” şadlıq sarayı da olmaqla 2, 30 ha torpaq sahəsi var:

"Bunun 30 sotu şadlıq sarayının binasını və ətrafını əhatə edir. Ona bitişik 2 hektar torpaq sahəsi isə kənddəki keçmiş konserv zavoduna daxildir. Onu da almışam. Obyektlərə və altındakı torpaq sahələrinə görə Dövlət Reyestr Xidmətindən Çıxarışlar var.

Həmin torpaq dövlət torpağı olduğu üçün, bələdiyyəyə heç bir aidiyyəti olmadığı üçün bələdiyyədən alqı-satqı edilməyib”. (Ardı aşağıda)

Mübahisəli ərazi
Mübahisəli ərazi

​Şikayətçinin sözlərinə görə, Qəriblər kənd bələdiyyəsi iddia edir ki, həmin dövlət torpaqları bələdiyyəyə məxsusdur. Hətta sahibkar torpaq üzərində hər hansı hərəkət etdikdə bələdiyyə üzvləri tökülüşərək qarşısını alırlar:

“Neçə dəfə tökülüşüblər, hasarları dağıdıblar, 102 xidmətinə zəng etmişəm, hər yerə şikayət etmişəm. Bu il iyulun 10-da günorta saat 1-3 arası onlar xeyli adamla – polis, ərazi nümayəndəsi və digər şəxslərlə məhkəmə qərarı və prokurorun sanksiyası olmadan yuxarıda adı çəkilən obyektin çəpərini traktorla sökməyə başladılar.

Və hasarın bir hissəsini dağıtdılar. Deyirlər ki, “nə sənəd, bizim sənəd bizim sözümüzdür”. Prezident sahibkarlığa diqqət ayırmağı tələb edir, bunlarsa sahibkarın qanuni, sənədli torpağında çəkdiyi hasarı vurub uçurdurlar.

Bələdiyyə sədri Müşfiq Ağayevin rəhbərliyi ilə mənim normal sahibkarlıq fəaliyyətimə ardıcıl və kobud müdaxilə edilir. Maraqlı orasıdır ki, zorakılıqla aparılan söküntü zamanı şəkil və video çəkməyə də imkan vermədilər. Bizi hədələdilər ki, “video çəksəniz, sizi həbs etdirəcəyik”. Bizi açıq-aşkar həbslə hədələdilər. Özbaşınalıq o yerə çatdı ki, anam, bacım huşunu itirdi. DİN-in 102 xidməti də şikayətimizə əhəmiyyət vermədi”.

MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİ, HÜQUQŞÜNAS RƏYİ

Qəriblər kənd bələdiyyəsindən bildiriblər ki, sahibkarla torpaq mübahisəsi hazırda məhkəmələrdə araşdırılır, hüquqi qiyməti də məhkəmə verəcək.

Hüquqşünas Namizəd Səfərov deyir, hətta tikili sənədsiz olsaydı da, məhkəmə qərarı olmadan ona müdaxilə etmək qanunsuz hərəkətdir.

Bələdiyyə iddia edir ki, sahibkardakı sənədlər saxta yolla əldə edilib, hüquqi əsas yoxdur. Bu iddiayla bu il martın 30-da Şirvan İqtisad Məhkəməsinə müraciət edib.

Aprelin 24-də iddiaya baxılıb, Qəriblər bələdiyyəsinin iddiası əsassız sayılıb. Qəriblər bələdiyyəsi qərardan narazı qalaraq Şirvan Apellyasiya Məhkəməsinə şikayət edib. Nəticə bələdiyyə üçün yenə ürəkaçan olmayıb - aşağı instansiyanın qərarı qüvvədə saxlanıb.

Növbəti dəfə bələdiyyə Masallı Rayon Məhkəməsinə müraciət edib. Rayon məhkəməsi ərizəni baxılması üçün Şirvan İnzibati-İqtisad Məhkəməsinə göndərib. Avqustun 18-də məhkəmələr davam edəcək.

Hüquqşünas Namizəd Səfərov deyir, hətta tikili sənədsiz olsaydı da, məhkəmə qərarı olmadan ona müdaxilə etmək qanunsuz hərəkətdir.

XS
SM
MD
LG