Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:57

Azərbaycan gəmisi hədəfi vura bilmədi


Xəzərdə Qazaxıstan gəmisi.
Xəzərdə Qazaxıstan gəmisi.

-

Hugo Chavez-in səfir qızı Venesuelanın ən varlı qadınıdır; Rusiya ərzağını məhv edir – 12 avqust Qərb mediasının icmalı

«İlk «Xəzər Kuboku» donanma yarışlarının qalibi Rusiya olsa da, Azərbaycanın zəif iştirakından daha çox danışılır». eurasianet.org saytında Joshua Kucera bu günlərdə keçirilmiş oyunlardan yazır. Rusiya 65 balla 1-ci, Qazaxıstan 48 balla 2-ci, Azərbaycan isə 33 balla 3-cü yeri tutub. İran və Türkmənistan iştirak etməyib.

«Tədbir barədə ara-sıra məlumat yayıldığından nə baş verdiyi də tam bəlli deyil. Yarışmanın ilk mərhələsində G-124 patrul keşikçi gəmisində hansısa problem çıxdığını demək olar. «Heç də hər şey Azərbaycan komandasının xeyrinə işləmədi. Avadanlıq və silahları onları bada verdi», - yarışmanın baş hakimi Dmitry Gorbatenko avqustun 6-da deyib. «Gəmini dəyişəcəklər və avqustun 7-də Azərbaycan bacarığını göstərə biləcək». Ancaq elə həmin gün Azərbaycan Müdafiə Nazirliyi Rusiya saytlarının reallığı əks etdirməyən informasiya yaydığını bildirib. Nazirlik kiçik problemlərin dənizçilər tərəfindən yerindəcə aradan qaldırıldığını bəyan edib.

Nazirlik dənizçilərin tapşırıqları uğurla yerinə yetirdiyini bildirsə də, Qazaxıstan Müdafiə Nazirliyi fərqli informasiya yayıb. Həmin məlumatda deyilirdi ki, yarışmanın bir mərhələsində Qazaxıstan 4, Rusiya 3, Azərbaycan 0 hədəf vurub.

Azərbaycanın keçmiş donanma rəsmisi bu nəticəni «utancverici» adlandırıb, günahı qismən indiki rəhbərlikdə, qismən də hazırda mənimsəmədə ittiham olunan keçmiş komandirdə görür. Hərbi Dəniz Donanmasının ikinci dərəcəli kapitanı Emil Əzizov haqqin.az saytına müsahibəsində donanmanın indiki rəhbərliyinin yarışmanı ciddiyə almadığını söyləyib.

«Ancaq Bakı son illər donanma məsələsinə daha ciddi yanaşır. Bu il iyunda açılmış yeni donanma bazası Xəzər hövzəsində ən böyük və müasir hərbi obyekt adlandırılıb», - müəllif yazır.

Prezident Hugo Chavez qızları Maria (solda) və Roza ilə.
Prezident Hugo Chavez qızları Maria (solda) və Roza ilə.

HUGO CHAVEZ-İN SƏFİR QIZI VENESUELANIN ƏN VARLI QADINIDIR

Venesuelanın keçmiş prezidenti Hugo Chavez-in qızı ölkənin ən varlı qadınıdır. Bu barədə Venesuela mediası əllərindəki sübutlara əsasən məlumat yayıb. «Daily Mail» bu məqamda Chavez-in vaxtilə «varlı olmaq pis şeydir» kəlamını yada salır.

35 yaşlı Maria Gabriela Chavez mərhum prezidentin ikinci qızıdır. Onun Amerika və Andora banklarında 4.2 milyard dollarlıq sərvəti varmış. Xəbəri «Diario las Americas» qəzeti yayıb.

Belə çıxır Gabriela Chavez «Forbes»un Venesuelanın ən zəngini hesab etdiyi media maqnatı Gustavo Cisneros-dan da varlıdır. Cisneros-un vur-tut 3.6 milyard dolları var.

Mayamidə mənzillənən qəzet sübut-dəlili açıqlamasa da, Chavez-in sərvəti barədə şayiələr çoxdan dolaşırdı. Ötən il reportyor María Elvira Salazar Gabriela Chavez-in Birləşmiş Ştatlardakı hesabından çıxarılan milyonların qəbzini yaymışdı.

Məsələ tək Chavez-lə bitmir. Ona yaxın olanlar da var-dövlət yığa biliblər. 2007-2010-cu illərdə Venesuelanın maliyyə naziri işləmiş Alejandro Andrade-nin İsveçrədəki HSBC hesablarına 11.2 milyard dollar yatırdığı bəlli olub.

Hugo Chavez prezidentlik dövründə varlıları pisləyib, onların «tənbəl» olduqlarını bəyan edib. 2010-cu ildə çıxışında Chavez deyirdi: «Varlılar işləmirlər, tənbəldirlər. Onlar demək olar, hər gün viski içir, narkotik və kokain qəbul edir, səyahətə çıxırlar».

2013-cü ildə atasının ölümündən sonra BMT-yə səfir təyin olunanadək Maria prezident sarayında yaşayıb. İndiki prezident Nicolas Maduro isə vitse-prezidentin evində qalmalı olub.

Xarici ərzaq məhv edilir.
Xarici ərzaq məhv edilir.

«El Comercio»nun 2014-cü ildə yazdığına görə, müxalifətçi konqresmen Carlos Berrisbeitía Chavez və Maduro-nun qızlarının dövlətə günə 3.6 milyon dollara başa gəldiyini iddia edib.

RUSİYA ƏRZAĞINI MƏHV EDİR

«Rusiyada sanksiyaları pozan ərzağın məhvi tənqidlərə səbəb olur. Kreml bu kampaniyanı davam etdirsə, etirazlar da genişlənəcək. Yaxşı olardı Moskva sistematik ərzaq sanksiyalarından çəkinəydi». Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

«Rusiyanın Qərbə güc nümayişi daxili sabitlik hesabına başa gələ bilər. Avqustun 7-də Vladimir Putin Avropa Birliyi və Birləşmiş Ştatlara qarşı ərzaq sanksiyalarının pozulmasına qarşı kampaniya başladıb. Nəticədə qanunsuz idxal olunmuş ərzaq məhv edilib. Rusiya rəsmiləri və ictimaiyyət bu addımı pisləyib. Bircə gün ərzində Rusiyaya ərzaq idxalı yarıbayarı azalıb... Kreml Putin-in göstərişini pozanlara hücumu davam etdirsə, etirazlar ancaq ucala bilər», - Stratfor bildirir.

Rusiya ötən ilin avqustundan bəzi Qərb məhsullarının idxalını qadağan edib. Bu, Ukrayna böhranına görə Rusiyaya tətbiq edilən sanksiyalara cavab olaraq həyata keçirilib.

Qadağalardan sonra Rusiyada ərzaq məhsullarının ortalama qiyməti 20 faiz artıb. Bu ilin əvvəlində kələm 60 faiz bahalaşmışdı.

XS
SM
MD
LG