Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32

"Müəllif ölüb" dediyiniz nədir, "Müəllif hüququ" dediyiniz nə?


Kiril Medvedev
Kiril Medvedev

- Azərbaycanla müasir dünya ədəbi irsi arasında dayanan sərhədlərdən biri də Müəllif hüququ məsələsidir.

Kiril Medvedev Müəllif hüququna etiraz edir

Əsəri tərcümə və çap edilən xarici müəlliflərə onların intellektual mülkiyyətindən istifadəyə görə müəyyən məbləğ ödənməlidir.

Bir tərəfdən "Müəllif ölüb" (yazdığın heç bir şeyin müəllifi sən deyilsən, - səndən əvvəl bəşəriyyətin gəldiyi uzun yollarda deyilmişləri təkrarlayırsan; artıq öz fərdi səsin yoxdur, yazdıqların minillər boyu müxtəlif kombinasiyalarda yazılmışdır) - deyən müasir düşüncə digər tərəfdən hər bir müəllifin əsərinə görə ona pul ödənməli olduğunu deyir.

Bir çoxlarını narahat edən bu məsələni çağdaş rus yazıçısı Kiril Medvedev English Pen'in "Atlas" dərgisində müzakirəyə çıxarıb.

Hələ 2003-cü ildə Kiril Medvedev öz əsərləri üçün müəllif hüququnu qəbul etmədiyini elan etmişdi.

Yeni məqaləsində yazır:

"2003-cü ildə mən Rusiyadakı yeni burjua-avtoritar paradiqmasına etiraz olaraq, müəllif hüququmdan imtina etmişdim. Həmin vaxt 1990-cı illərin xaosu burjua oyun qaydalarıyla, siyasi konservatizm isə iqtisadi neoliberalizmlə əvəz olunurdu.

Belə bir vəziyyətdə mən nə qədər paradoksal səslənsə də, öz müstəqilliyimi elan etməliydim...

1990-cı illərdə Rusiya əvvəllər ümumxalq malı olan hər şeyin dəhşətli özəlləşdirmə prosesindən keçdi.

Bəşəriyyətin gələcəyi üçün kollektiv surətdə işləmiş kişi və qadınların əməyinin bəhrəsi olan fabriklər, neft quyuları, hətta “Soyuzmultfilm”-in çəkdikləri özəlləşdirildi, onların hamısı ucuz qiymətə ayrı-ayrı şəxslərə satıldı.

Bu, böyük bir milli travma idi. Odur ki, Rusiya intellektuallarının özlərini yenidən tapmaq çabaları buna toxunmadan müzakirə edilə bilməz."

Medvedev daha sonra yuxarıda qeyd etdiyimiz məsələyə toxunur:

"Postmodern filosoflar kollektiv strukturların fərdi strukturlardan daha əhəmiyyətli olduğunu nümayiş etdirməyə böyük enerji sərf ediblər.

Biz müasir insanlar “ayrıca bir müəllifin ölümü” ideyasını nə qədər müdafiə etsək də, iqtisadi sferada ondan da çox müəllifin müəlliflik hüququnu müdafiə edirik.

Hətta postmodern şair və musiqiçilər də fərdi bank hesabları haqda düşünən kimi kollektiv incəsənət haqda ideyaları solub gedir

Bəşəriyyət bu işdə o həddə çatıb ki, 1982-ci ildə Hərəkət edən Rəsmlər Amerika Assossiasiyasının rəhbəri Jack Valenti intellektual mülkiyyət haqqının başqa mülkiyyət hüquqlarıyla bərabərhüquqlu bir hüquq olduğunu bəyan edib.

Hətta postmodern şair və musiqiçilər də fərdi bank hesabları haqda düşünən kimi kollektiv incəsənət haqda ideyaları solub gedir."

K.Medvedev deyir ki, bir şair bütün keçmiş ədəbi irsdən öyrənərək, bəhrələnərək, təsirlənərək bir əsər yazır, bu əsər onun "sırf özünün"dürmü ki, biz bunu onun şəxsi mülkiyyəti sayaq?

"Bir nəfər çıxıb folklordan gələn, ağızdan ağıza keçən bir mahnını ifa edir, sonra başqa bir adam gəlib o mahnının müəllif hüququnu alır."

"Mən Rusiyada “Azad Marksist Mətbəəsi” yaratmışam, biz müəllif hüququ almadan hər şey çap edirik.

Mən inanıram ki, bütün dünyadakı solçuların əsərlərini müəllif hüququ almadan qeyri-kommersiya qaydaları əsasında nəşr etməyə mənəvi haqqım var.

“Sizdən soruşuram, şair kimi, yazıçı kimi, musiqiçi kimi, siz öz mətninizi və musiqinizi qorumaq üçün özəl villaların, özəl meşələrin, özəl torpaq sahələrinin qorunduğu qadağalar, çəpərlər, tikanlı məftillər, gözətçi qüllələri yoluyla getmək istəyirsiniz? Mən o yolla getmək istəmirəm."

Əvəzində mən də bütün xaricdəkilərə öz əsərlərimi müəllif hüququ olmadan çap etmək haqqı verirəm.”

K.Medvedev yaxşı bir sual verir:

“Sizdən soruşuram, şair kimi, yazıçı kimi, musiqiçi kimi, siz öz mətninizi və musiqinizi qorumaq üçün özəl villaların, özəl meşələrin, özəl torpaq sahələrinin qorunduğu qadağalar, çəpərlər, tikanlı məftillər, gözətçi qüllələri yoluyla getmək istəyirsiniz? Mən o yolla getmək istəmirəm."

K.Medvedevin geniş müzakirəyə yol açmış yazısı belə tamamlanır:

"İndi iki yol var, ümid edirəm, anlayacaqsınız: göylər ya özəlləşdirilməli, ya da ictimaiyyətin olmalıdır.”

Oxu Zalı

XS
SM
MD
LG