Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 00:44

Yuan son 10 ildə ən aşağı həddə düşüb


Dollar və yuan

-

Avqustun 11-də Çin milli valyutasının dollara nisbətdə 1.9 faiz düşməsinə imkan verib. Bu, son 10 ildə ən aşağı hədd sayılır.

Məqsəd ölkə iqtisadiyyatında artıma təkan verməkdir. Çin Xalq Bankı bildirir ki, yuanın məzənnəsinin salınması həm də ölkənin ciddi nəzarət olunan valyuta bazarını daha çox bazaryönümlü edəcək.

Ancaq istənilən dəyişiklik Çinin Asiyadakı ticarət tərəfdaşları ilə gərginliyi artıra bilər. Yuan son vaxtlar biraz möhkəmlənmişdi.

Təhlilçilərin fikrincə, Çin valyutasının daha da möhkəmlənməsinin qarşısını almaq istəyib. Belə ki, bu halda milyonların çalışdığı ixrac sənayesində iş yerləri ixtisar oluna bilərdi.

Güclü valyuta ölkədən ixracı bahalaşdırır və daha az rəqabətlilik yaradır.

XS
SM
MD
LG