Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:35

İraqda azı 42 nəfər həlak olub


İraq rəsmiləri bildiriblər ki, ölkənin şərqində törədilmiş iki intiharçı avtomobil partlayışı nəticəsində azı 42 nəfər həlak olub.

İraq rəsmiləri bildiriblər ki, ölkənin şərqində törədilmiş iki intiharçı avtomobil partlayışı nəticəsində azı 42 nəfər həlak olub.

Partlayışlardan biri Bağdadın 60 kilometrliyində, Baquba şəhərinin yaxınlığındakı bazarda törədilib. Burada 35 nəfərin öldüyü, 70 nəfərin yaralandığı xəbər verilir.

Şəhərin şərqindəki yoxlama postunda baş vermiş ikinci partlayışda azı 7 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilir.

Baquba şəhəri ötən il hökumət qüvvələri ilə İslam Dövləti adlandırılan təşkilatın döyüşçüləri arasında qanlı vuruşmanın meydanına çevrilmişdi.

Hökumət qoşunları bu ərazidə nəzarəti ələ ala bilsə də, bütün Diyala əyaləti boyunca toqquşmalar ara vermir.

Ötən ay elə bu əyalətdə, Ramazan bayramı qeyd olunarkənİD-in törətdiyi bomba partlayışında 115 nəfər həlak olmuşdu.

Xəbər verilir ki, son partlayışlar üçün məsuliyyəti hələlik üzərinə götürən olmasa da, dəst-xəttin İD-ə xas olduğu düşünülür.

XS
SM
MD
LG