Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 04:07

Keçmiş səfir «Ağ Marşı» təklif edir


Arif Məmmədov
Arif Məmmədov

-

Hazırda Belçikada yaşayan keçmiş səfir Arif Məmmədov «Ağ Marşı» adlı yürüş keçirməyi təklif edir. Bu təkliflə o, özünün «facebook» səhifəsində çıxış edib.

Ziyalılara, media nümayəndələrinə, müxalifət partiyalarına ünvanladığı müraciətdə Arif Məmmədov demokratiyanın müdafiəsi məqsədilə avqustun 15-də Şəhidlər Xiyabanından Bakı bulvarına kimi yürüş keçirməyi təklif edir.

Yürüşə gələnlərin ağ geyimdə olub ağ şarlar götürməyini istəyir.

Arif Məmmədov bildirir ki, partiyaların gənclər təşkilatlarına birlik mesajı verməsi ən vacib məsələdir.

XS
SM
MD
LG