Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 12:07

-

ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində polis iki nəfərin yaralandığını bildirir. Onlar ötən il qaradərili yeniyetmənin polis tərəfindən güllələnib öldürülməsinin ildönümü etirazında polisin atəş açması nəticəsində xəsarət alıblar.

Polis yaralıların kimliyi və durumu barədə məlumat verməyib. Hadisə yolu kəsən kütləni polisin dağıtması zamanı qarşıdurmada baş verib.

Avqustun 9-da axşam dinc etirazçılar ötən ilki hadisəni anmağa çıxıblar. Bir il öncə Birləşmiş Ştatları qəzəbli, bəzən də zorakı aksiyalar bürümüşdü.

Polis iki polis maşınının da zədələndiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG