Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 13:30

-

Keçmiş sovet dissidenti Vladimir Dremlyuga 75 yaşında Birləşmiş Ştatlarda dünyasını dəyişib.

Dremlyuga 1968-ci ildə sovetlərin Çexoslovakiyanı işğalına etiraz olaraq Qızıl Meydanda nümayiş keçirən səkkiz sovet vətəndaşından biri olub. O, əslində mayın 26-da ölüb. Ancaq ölüm xəbəri avqustun 9-da sosial mediada yayılıb.

Dremlyuga həmin etiraza görə 3 il həbsə məhkum edilib. Bu müddət bitəndən sonra həbsxanada guya antisovet hərəkətləri törətdiyinə görə daha 3 il cəza alıb.

1974-cü ildə həbsxanadan buraxılıb və ABŞ prezidenti Richard Nixon-un şəxsi xahişilə Sovetlər Birliyindən çıxmasına icazə verilib. Nyu Cersi ştatında yaşayıb, uğurlu biznesmenə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG