Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 04:39

-

Ukraynanın şərqindəki Donetsk şəhərində ATƏT-in xüsusi monitorinq missiyasına məxsus 4 zirehli maşın yandırılıb. Missiya avqustun 9-da tvitter hesabında yazıb ki, maşınlar gecə missiyanın Donetskdəki iqamətgahında hücuma məruz qalıb. Missiya detalların açıqlanacağını bildirib.

Xüsusi Monitorinq Missiyası avqustun 7-də yaydığı hesabatında Donetsk aeroportunda və ətrafında atəşkəs pozuntularının “ciddi artdığını” bəyan edib.

Monitorinq missiyası fevralda imzalanmış Minsk atəşkəs sazişinin yerinə yetirilməsinə nəzarət edir. Saziş Ukrayna hökuməti ilə rusiyapərəst separatçılar arasında imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG