Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:41

-

İstanbulda polis məntəqəsinə bomba hücumu olub, 5 polis və iki dinc sakin xəsarət alıb.

Anadolu agentliyinin məlumatına görə, avqustun 9-da İstanbulun Sultanbəyli hissəsindəki polis məntəqəsinə hücum həyata keçirilib.

Partlayış nəticəsində yanğın baş verib və üçmərtəbəli binanın bir hissəsi çöküb. Yaxınlıqdakı binalara və maşınlara da ziyan dəyib.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Bu arada Türkiyədə təhlükəsizlik qüvvələri ilə PKK silahlıları arasında zorakılıq halları artıb.

Eyni zamanda Türkiyə İslam Dövləti (İD) silahlılarına qarşı mübarizədə daha fəal rol oynamağa başlayıb.

Ötən ay Türkiyə Suriyadakı İD mövqelərinə hava zərbələri endirib və ABŞ koalisiyasına bazalarından istifadəyə icazə verib.

XS
SM
MD
LG