Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 01:23

İndi söz deyəni güllələmirlər...


Jurnalist Rasim Əliyevin dəfn mərasimindən
Jurnalist Rasim Əliyevin dəfn mərasimindən

- Döyülərək öldürülən jurnalist Rasim Əliyevin ruhuna ithaf

Zamiq Abdullayev

İndi söz deyəni güllələmirlər

İndi dövr ayrı, zaman ayrıdır,

İndi müşfiqlərin vaxtı deyil ki.

Bir gecə bir qara maşınla gəlib,

aparıb Nargində məhv eləmirlər.

İndi yazmaq “azad”, danışmaq “azad”,

İndi söz əhlinə heç nə demirlər,

İndi döyə-döyə öldürməkdi dəb,

İndi söz deyəni güllələmirlər.

Onda “xalq düşməni” adı alanda,

Hamı tanıyırdı xalqın dostunu.

İndi ciblərindən narkotik “çıxır”,

Vergidən “yayınır” söz adamları...

Xalq necə tanısın dostu, düşməni,

İndi söz əhlinə heç nə demirlər.

Zindan künclərində çürütməkdi dəb,

İndi söz deyəni güllələmirlər.

İndi boğmaqdı dəb, itirməkdi dəb,

İndi güllələri qaz əvəz edir.

Yetmiş beş yaşında söz adamının,

“Zor tətbiq etdiyi” “qız” əvəz edir.

Gəl, qaçaq həşdat il geriyə, dostum,

Orda hər mətləbi incələmirlər,

İndi incə-incə əritməkdi dəb,

İndi söz deyəni güllələmirlər.

09.08.2015

XS
SM
MD
LG