Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:56
Jurnalist Rasim Əliyev dəfn edildi
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Jurnalist Rasim Əliyev dəfn edildi

Prezident qətli nəzarətə götürdü

Jurnalist Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində vəfat edib.

O, «Qəbələ» futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən hədələndiyini və döyüldüyünü bildirirdi.

13:41 9.8.2015

"Mehdiabad" qəbirstanlığında dəfn olunacaq

Jurnalistin cəsədi məsciddə yuyulduqdan sonra vida mərasimi üçün Bayıl qəsəbəsinə yaşadığı ünvanına aparılıb. О, saat 14:30-da "Mehdiabad" qəbirstanlığında dəfn olunacaq.

14:14 9.8.2015

Mətbuat Şurasının sədri: “Rasim Əliyevin ölümündə günahkar olanlar tezliklə tapılıb cəzalandırılmalıdır”

“Rasim Əliyevə fiziki təzyiq göstərənlər, onun ölümündə günahkar olanlar tezliklə tapılıb cəzalandırılmalıdır. Mətbuat Şurası jurnalistin ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, bu əməli törədənlərin tezliklə qanun qarşısında cavab verəcəyinə ümid etdiyini bildirir”.

Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə. Amaşov bildirib ki, bu hadisənin sosial şəbəkələrdə və bəzi media orqanlarında dərhal siyasiləşdirilməsini doğru hesab etmir: “Hadisəni hüquq-mühafizə orqanları araşdıracaqlar. Hələ ki hadisə tam araşdırılmayıb, ona görə məsələni söz və mətbuat azadlığı müstəvisində şərh etmək düzgün olmazdı. Araşdırma zamanı o da nəzərə alınmalıdır ki, son günlərdə bir neçə olayın ardıcıl baş verməsi ayrı-ayrı qüvvələrin Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı problem olduğu görüntüsü yaratmaq istədiklərini göstərir. Eyni zamanda ölkədə bir milyon yarım sosial şəbəkə istifadəçisi var. Hələ ki sosial şəbəkə KİV hesab olunmur. Lakin sosial şəbəkədə yazılan statusların etik çərçivəni aşması həm Mətbuat Şurasını, həm də ayrı-ayrı ziyalıları çoxdan narahat edən məsələdir. Dəfələrlə bu narahatlıq ifadə edilib, müzakirəyə çıxarılıb”.

Ə. Amaşov Mətbuat Şurasının hadisənin araşdırılmasını diqqətdə saxlayacağını da qeyd edib.

14:28 9.8.2015

Prokuror köməkçisi: Jurnalisti döyənlərdən bir neçəsinin kimliyi də məlumdur

Səbail payon prokurorunun köməkçisi Əhməd Məmmədov Rasim Əliyevin atasına deyib ki, oğlunun döyülməsi ilə bağlı videogörüntülər artıq əldə edilib. Jurnalisti döyənlərdən bir neçəsinin kimliyi də məlumdur.

14:38 9.8.2015

«Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır».

Bunu AzərTac-a prezidentin köməkçisi Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır. Ə. Həsənov deyib ki, hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məslələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək:

«Bununla yanaşı, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik».

Davamı

XS
SM
MD
LG