Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 06:07

Şimal küləyi əsəcək, arabir güclənəcək


Foto illüstrasiya

-

Avqustun 9-da Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağa bilər. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Abşeron yarımadasında gecə 23-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacaq.

Bölgələrdəsə əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 20-25, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.

XS
SM
MD
LG