Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Prezident istirahət kompleksini açdı


Foto illüstrasiya
Foto illüstrasiya

-

Avqustun 8-də prezident İlham Əliyev Şabran rayonunda yerləşən «Qalaaltı Hotel&SPA» müasir müalicə-istirahət kompleksinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, kompleks qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yanında sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur «Qalaaltı» kurortunun bazasında inşa edilib. Təxminən 7.1 hektar sahədə yerləşən kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər tikilib.

Kompleksin ərazisində 48 növdə 1200-dən çox ağac əkilib, 15 min kvadratmetr ərazidə yaşıl ot örtüyü salınıb. Həmçinin uzunluğu 246 metr olan süni çay, fontanlar və şəlalə inşa edilib.

XS
SM
MD
LG