Keçid linkləri

2026, 05 Oktyabr, bazar ertəsi, Bakı vaxtı 16:59

Azərbaycan-İran sərhədində atışma olub

Foto illüstrasiya
Foto illüstrasiya

-

Avqustun 6-da İrandan Azərbaycana dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslərin qarşısı alınıb.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin saytında verilən xəbərə görə, olay Cəlilabad rayonu ərazisində baş verib. Sərhədi qanunsuz keçmək istəyən şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsi və Göytəpə Sərhəd Dəstəsinin əməkdaşlarına qarşı silahlı müqavimət göstərib.

Hadisə yerinə baxış zamanı 4 kiloqram 425 qram tiryək aşkar edilərək götürülüb.

This item is part of
XS
SM
MD
LG