Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:43

İŞİD-dən daha bir bombalı hücum


Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

-

Səudiyyə Ərəbistanında məsciddə olan partlayışda məsuliyyəti İslam Dövləti yaraqlıları öz üzərinə götürüb. Avqustun 6-da reallaşan partlayışda 15 nəfərin öldüyü bildirilir.

Yaraqlıların sosial şəbəkədə yaydıqları bəyanatlarında deyilir ki, intihar bombaçısı əvvəlcə Yəmən yaxınlığındakı Asser əyalətindəki hərbi kampda özünə yer edib.

Yaraqlılar bildirir ki, onların məscidi hədəf almaq kimi bir planları olmayıb. Onların hədəfi təhlükəsizlik qüvvələri olubmuş .

Avqustun 6-da Səudiyyə Ərəbistanındakı məsciddə intihar bombaçısının partlaması ilə 17 nəfər ölüb. Asser vilayətinə baş verən bu partlayışda çoxsayda yaralının olduğu deyilir. Partlayış ibadət zamanı olub. Dövlət mediası ölü sayının 17, daxili işlər nazirliyi isə 15 olduğunu deyir

XS
SM
MD
LG